Ötən gün ölkədə ərazisində 7 avtomat silahı, 17 tüfəng aşkar edilib-FOTO
Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirir.
Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.










AZ
RU