Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

POMPEONUN AÇIQLADIĞI HESABATDA AZƏRBAYCANLA BAĞLI NƏLƏR VAR? –Hakimiyyət növbəti dəfə sərt tənqid edildi

ABŞ Dövlət Departamenti martın 13-də özünün 2018-ci il üçün “Dünya Ölkələrində İnsan Haqlarının Vəziyyəti” barədə ənənəvi illik hesabatını açıqlayıb.

Yenixeber.org: Azadlıq Radiosu xəbər verir ki, hesabatı Dövlət katibi Mayk Pompeo təqdim edib.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, ATƏT-in qiymətləndirməsinə görə, aprelin 11-də keçirilmiş prezident seçkisi “məhdud siyasi mühitdə” və “fundamental azadlıqları əngəlləyən hüquqi çərçivə içində” yer alıb.

Hesabatda deyilir ki, Azərbaycanda yol verilmiş insan haqları pozuntularına – qanunsuz qətllər, işgəncələr, sərt və bəzən insan həyatı üçün təhlükəli həbsxana şəraiti, siyasi məhbuslar, diffamasiyanın cinayət əməli sayılması, jurnalistlərin üzərinə cismani hücumlar, ifadə, sərbəst toplaşma azadlıqlarının hədə, həbs və sual doğuran ittihamlarla məhdudlaşdırılması daxildir.

Sənəddə habelə Azərbaycanda hədəfli şəkildə müəyyən fəallara, jurnalistlərə, dünyəvi və dindar fiqurlara qarşı sərt təqiblər, internet saytlarının bloklanması, getdikcə artan sayda jurnalist və fəalların hərəkət azadlığına məhdudiyyət qoyulması hallarının olması qeyd edilir.

Hesabatda bildirilir ki, iddialara görə, hökumət korrupsiyası sistematikdir, LGBT icması üzvlərinin polis tərəfindən saxlanması və onlara işgəncə verilməsi halları davam edir, hökumət uşaq istismarının ən pis formalarının ləğv edilməsi istiqamətində minimum səylər göstərir.

 

Gəncə hadisəsi ilə bağlı öldürülənlər

 

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda ötən ilin yayında baş vermiş Gəncə olaylarına xüsusi diqqət verilib.

Hesabatda xatırladılır ki, hökumətin bildirdiyinə görə, təhlükəsizlik xidmətləri həbs olunmalarına müqavimət göstərdikləri iddia edilən beş nəfəri öldürüb.

Haklimiyyət orqanları iddia edirlər ki, bu fərdlər iyulun 3-də Gəncə icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsd cəhdində, habelə iyulun 10-da iki polis zabitinin qətlində iştirak ediblər.

Hesabatda deyilir ki, insan haqları müdafiəçiləri sözügedən şəxslərin həbsə müqavimət göstərmədiklərini, hökumətin və polisin bu qətlləri əvvəlcədən planlaşdırdıqlarını deyirlər.

 

Korrupsiya və cəzasızlıq

 

ABŞ hesabatında qeyd olunur ki, ölkənin qanunları belə hərəkətlərə görə 10 ilədək həbsxana cəzası nəzərdə tutsa da, işgəncələrin, qeyri-insani, alçaldıcı rəftarların davam etdirildiyi və cəzasız qaldığı iddia edilir.

Sənəddə bu da vurğulanır ki, belə hərəkətlər barədə iddialar inandırıcı səslənir.

Hesabatda xatırladılır ki, iyulun 18-də Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi 2004-2017-ci illərdə Azərbaycana 6 səfərinin nəticəsi olaraq tərtib etdiyi hesabatları açıqlayıb.

Həmin hesabatlara görə, yaranan ümumi təsəvvür belədir ki, polis və hüquq-mühafizə orqanları tərəfindən işgəncələr və pis rəftarın başqa növləri, bütün hüquq-mühafizə sisteminin korrupsiyası və cəzasızlıq sistematik və endemikdir.

Həmin qurumun 2017-ci ildə hazırladığı hesabatda ayaq pəncələrinə dəyənəklərlə zərbələr vurulması və elektroşokdan istifadə barədə inandırıcı iddiaların mövcudluğu qeyd olunur. İddia edilir ki, bu hərəkətlərdən məqsəd bir qayda olaraq saxlananların etiraf ifadəsi yazmağa məcbur edilməsidir.

İşgəncələrə Qarşı Komitənin bundan əvvəlki hesabatlarından fərqli olaraq, son hesabatda ötən il pis rəftar halları barədə iddiaların Dövlət Gömrük Komitəsini, Dövlət Sərhəd Xidmətini və Silahlı Qüvvələri də əhatə etdiyi qeydə alındığı bildirilib.

 

Əfv üçün “etiraf üzrxahlığı” yazdırılır

 

Hesabatda habelə zorakılığa məruz qaldığı iddia edilən şəxslərin müstəqil tibbi ekspertizasının faktiki olaraq yasaqlandığı, bu şəxslərin vəkillə görüşünə icazənin verilməsinin uzadılması qeyd olunur. Bu da bildirilir ki, belə vəziyyət iddia edilən qanunsuzluqları törədənlərin cəzasız qalmasına şərait yaradır.

Xüsusi olaraq qeyd edilir ki, Elmar Vəliyeva sui-qəsddə ittiham edilən Yunis Səfərovun üzündə zorakılıq izləri görünən fotolarının sosial mediada yayılmasına baxmayaraq, onun tibbi müayinəsi 21 gün gecikdirilib.

Hesabatda bildirilir ki, Müsəlman Birliyi təşkilatı liderinin müavini Abbas Hüseynov, habelə NİDA fəalı İlkin Rüstəmzadəyə işgəncə verildiyi barədə iddialar araşdırılmayıb.

Sənənddə deyilir ki, hakimiyyət orqanları siyasi məhbus hesab edilən şəxslərlə vəkillərin və ailə üzvlərinin məhdud görüşlərinə icazə versə də, beynəlxalq təşkilat nümayəndələrinin yalnız nazirliklərin nəzarəti altında olan həbsxanalara baş çəkməsinə imkan yaradılır.

Dövlət Departamentinin hesabatında “Amnesty International” təşkilatına istinadən qeyd olunur ki, prezident mayın 24-də 634 məhbusu əfv ediblakin hüquq-müdafiəçiləri bunların arasında siyasi məhbus sayılanların çox az olduğunu vurğulayırlar.

Bu da qeyd olunur ki, bəzi məlumatlara görə, məhbuslardan əfv olunmaq üçün keçmiş “səhvlərini” etiraf edən üzrxahlıq məktubları yazmaları tələb olunur.

Hesabatda QHT-lərin məlumatına görə, ölkədə 128-lə 156 nəfər arasında siyasi məhbusun olduğu qeyd edilir.

 

İnsan haqlarını müdafiə edən 4-5 vəkil qalıb

 

ABŞ Dövlət Departamentinin hesabatında bu da deyilir ki, Vəkillər Kollegiyası da daxil, hakimiyyət orqanlarının həyata keçirdiyi bir sıra tədbirlərə görə siyasi motivlərlə həbs olunduqları iddia edilən şəxslərin müdafiəsinə çıxan vəkillərin sayı kəskin azalıb.

Qanun cinayət işlərinə çıxmaq icazəsini yalnız hökumətyönlü kollegiyanın üzvü olan vəkillərə verir.

Hesabatda deyilir ki, siyasi motivli hesab olunan işlər üzrə məhkəmələrə çıxan vəkillərin kollegiyadan xaric edilməsi prosesi xüsusən də 2017-2018-ci illərdə intensivləşib.

Bu da qeyd olunur ki, bəzi fəallar siyasi baxımdan həssas məhkəmə işlərinə çıxa biləcək vəkillərin təxmini sayının 4-5 nəfər olduğunu deyirlər.

Hesabatda bu da qeyd olunur ki, ötən il ərzində kollegiya üzvlərinin sayı 900-dən 1500-ə çatsa da, insan haqları müdafiəçiləri yeni üzvlərin insan haqları ilə bağlı işlərdən çəkindiklərini bildirirlər.

 

Tənqid ölkənin daxili işlərinə qarışmaq hesab olunur

 

Sənəddə deyilir ki, Azərbaycanda müstəqil və xarici media üzərinə basqılar davam edir, “Amerikanın səsi”, “Azadlıq Radiosu” və BBC-nin yerli tezliklərdə efirə çıxmasına qoyulmuş qadağa qüvvədə qalır.

Hesabatda deyilir ki, ötən iyulda baş prokurorluq Bastainfo.com və Criminal.az saytlarının redaktorlarını və jurnalistlərini dindirib, sözügedən saytlar bloklanıb. Buna səbəb onların Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdilə bağlı dərc etdikləri xəbərlər idi.

Sənəddə deyilir ki, yerli medianın böyük bir qismi maliyyə baxımından siyasi partiyalardan, nüfuzlu sponsorlardan və dövlətdən asılıdır.

Hesabatda bildirildiyinə görə, hökumətin vətəndaş cəmiyyəti üzvləri arasında internet kommunikasiyalarını izlədiyini göstərən əlamətlər mövcuddur. Bəzi fəallar Facebook postlarına görə polis tərəfindən təqib olunduqlarını və tənqidi postları silmələri üçün hədələndiklərini bildirirlər.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı məhdud olaraq qalır, hakimiyyət orqanları müxalifət qruplarının mədəniyyət baxımından əhəmiyyətli məkanları ziyarət etməsinin qarşısını alır.

Məsələn, noyabrın 17-də polis AXCP sədri Əli Kərimli və Milli Şuranın başçısı Cəmil Həsənli də daxil 50 fəalı Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanını ziyarət etmək cəhdinə görə saxlayıb.

Hesabatda deyilir ki, rəsmilərin və dövlətə bağlı medianın insan haqları fəalları üzərinə ritorik hücumları baş verir, onlar ölkədə sabitliyi pozmaqda, xarici ölkələrin xeyrinə işləməkdə günahlandırılır.

Hesabatda BMT-yə istinadən bildirilir ki, Azərbaycanın hakimiyyət orqanları beynəlxalq qurumların onları tənqid edən hesabatlarını ölkənin daxili işlərinə qarışılması kimi qiymətləndirirlər.(Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam