Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

İqtisadi Şuranın iclası keçirilib-FOTO

 

30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup"un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı müzakirə olunub.

Yenixeber.org: Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və eləcə də ədliyyə naziri Fərid Əhmədov çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam