Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Şuranın geniş iclası keçirilib -Nərimanov rayonunda+FOTOLAR

Şuranın geniş iclası keçirilib -

 

 

 

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

 

 

 

Yenieber.org: 9 fevral 2018-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, Milli Məclisin deputatları Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev cari ilin aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar Rayon İcra Hakimiyyətinin öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirərək rayonda fəaliyyət göstərən seçki dairə və məntəqələrinin maddi-texniki vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görüldüyü barədə məlumat verərək, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin daha da inkişafı naminə aparılan ardıcıl və köklü islahatların xalqımızın böyük etimadına, ruh yüksəkliyinə səbəb olduğunu, vətəndaşların seçkilərdə fəal iştirakına zəmin yaratdığını qeyd edib, hər zaman olduğu kimi, qarşıdan gələn seçkilərin də bütün respublikada, eləcə də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə və ölkəmizin dinamik inkişafına yeni bir ruh verəcəyinə əminliyini ifadə edib.

Hesabat məruzəsi ilə çıxış edən A.Fərzəliyev respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rayonda geniş vüsət alan pilot layihələrə toxunan natiq, hesabat dövrü ərzində qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini və beləliklə də Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə üzrə rayon ərazisində yerləşən 14 ünvanda artıq tikinti işlərinə başlanıldığını, 6 ünvanda sakinlərin köçürülməsi prosesinin başa çatmaq üzrə olduğunu, 16 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyini nəzərə çatdırıb. Qeyd edilib ki, mənzil kommunal şəraitlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olan bu layihələri dəstəkləyən, böyük ruh yüksəkliyi ilə qarşılayan sakinlər 2018, 2019 və 2020-ci illərdə tam kommunal şəraitli, təmirli mənzillə təmin olunmaqla bu vacib dövlət tədbirinin nəticələrindən bəhrənələcəklər.

İcra hakimiyyətinin başçısı, ölkə xaricində həyata keçirilən geniş layihələrdən danışarkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin beş mərtəbəli binasının layihəyə uyğun olaraq artıq tikilib hazır vəziyyətə gətirildiyini, həmçinin ötən ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan İş Mərkəzinin layihəsi

əsasında Nərimanov rayonu ərazisində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasiminin keçirildiyini qeyd edərək, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hikmət Məmmədov, Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, Nərimanov Rayon Prokuroru Vüqar Əliyev, Rayon Məşğulluq Mərkəzinin direktoru Nahid Şəmşirov, Bakı şəhər 5 saylı klinik xəstəxanasının baş həkimi Fazil Alməmmədov və “Tərəqqi” Liseyinin direktoru Nasim Abışov ölkədə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, həyata keçirilən sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışından irəli gələn qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün rayondakı idarə və müəssisə rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

 

Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -
Şuranın geniş iclası keçirilib -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam