Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb-FOTO

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.

Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.

2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda iştirakının regional əməkdaşlıq və dialoqa mühüm töhfə verəcəyi qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam