Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bunu iki it xizəyi ilə etmək mümkün deyil -Tramp

 

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı strateji suların Rusiya və Çin tərəfindən “işğal edildiyini” iddia edərək, Danimarka və NATO-nu kəskin tənqid edib.

Yenixeber.org xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında paylaşım edərək, hər iki rəqib dövlətin hərbi qüvvələrinin adaya bitişik sularda mövcudluğunu artırmasına reaksiya verib.

O, Danimarkanın bu təhdidin qarşısını almaqda aciz olduğunu vurğulayaraq NATO-ya müraciət edib:

“Danimarkaya deyin ki, onları indi buradan çıxarsın! Bunu iki it xizəyi ilə etmək mümkün deyil. Bunu yalnız ABŞ edə bilər”.

Prezident həmçinin “Just the News” nəşrinin Danimarka hərbi kəşfiyyatının hesabatına istinadən hazırladığı məqalənin linkini də paylaşıb. Həmin məqalədə Rusiya və Çinin Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün gizli planlar qurduğu iddia edilir.

Xatırladaq ki, 2026-cı ilin yanvar ayının əvvəlindən Donald Tramp Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dilə gətirərək, adanın xoşluqla və ya çətin yolla əldə ediləcəyini söyləmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam