Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

 

Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək.

Yenixeber.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsini təmin etməlidir.

Bu məqsədlə kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması təmin edilməli, maliyyələşdirmə mənbələrinin diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin formalaşdırılması həyata keçirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam