Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Samir Rzayev AZAL-ın ötən il əldə etdiyi göstəriciləri açıqlayıb -RƏQƏMLƏR/FOTOLAR

 

“Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı. Yeni istiqamətlərin açılması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, donanmanın modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar AZAL-ın müasir tələblərə cavab verən aviaşirkət kimi mövqeyini daha da gücləndirdi.

Yenixeber.org xəbər verir ki, bu barədə AZAL prezidenti Samir Rzayev öz sosial şəbəkə hesabında paylaşım edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək fəaliyyət nəticələri, geniş marşrut şəbəkəsi, əməliyyat proseslərinin və milyonlarla sərnişinə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə fərqləndi. Nüfuzlu beynəlxalq akkreditasiyalar isə hava limanının regionun aparıcı hava nəqliyyatı mərkəzlərindən biri kimi statusunu təsdiqləyir”, - paylaşımda bildirilir.

Qeyd olunur ki, AZANS öz növbəsində Azərbaycanın hava məkanının etibarlı və səmərəli idarə olunmasını təmin edərək uçuşların sayında artıma nail oldu. Beynəlxalq tərəfdaşlıqlar və nüfuzlu mükafatlar bu fəaliyyətin qlobal aviasiya arenasında yüksək əhəmiyyətini əks etdirir.

“2025-ci ildə əldə etdiyimiz nəticələr güclü komanda işi və düzgün strateji yanaşmanın məhsuludur. Qarşıdakı dövrdə də məqsədimiz Azərbaycanın aviasiya sahəsində regional liderliyini daha da inkişaf etdirməkdir”, - Samir Rzayev əlavə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam