Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rusiya bu dəfə heyvanları bombaladı -FOTO

Rusiya bu dəfə heyvanları hədəfə aldı

Rusiyanın aviasiyası Xarkov yaxınlığında yerləşən ekoparkın ərazisinə aviabomba atıb.

Yenixeber.org: Ukrayna mediasının məlumatına görə, zərbə nəticəsində bir qadın yaralanıb, ekoparkda saxlanılan şirlər xəsarət alıb, quşlar tələf olub.

Həmçinin yırtıcı heyvanlar və quşlar üçün nəzərdə tutulan sığınacaqlar dağıdılıb.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Yeni il gecəsi Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb. Onun sözlərinə görə, dronların əksəriyyəti zərərsizləşdirilib. Hücumlar Volın, Rivne, Zaporojye, Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərini əhatə edib. Hədəfin Ukraynanın enerji infrastrukturu olduğu qeyd edilib.

Zelenski vurğulayıb ki, zəruri olan bütün ərazilərdə xilasedicilər işləyir, energetiklər isə zərbələrdən sonra elektrik təchizatının bərpası ilə məşğuldur. O, hücumların hətta bayram günlərində də dayanmamasını əsas gətirərək, hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrin yolverilməz olduğunu bildirib və müttəfiqləri razılaşdırılmış dəstəyin vaxtında çatdırılmasına çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam