Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub

 

Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Akif Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaitini rüşvət qismində verməyə cəhd etməkdə ittiham edildiyi bildirilir.
Akif Bağırov vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər DTX-də başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
O, Cinayət Məcəlləsinin 29, 312.2 (rüşvət verməyə cəhd) və 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam