Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Azərbaycan və Ermənistan arasında digər sahələrdə də ticarət mümkündür -RƏSMİ AÇIQLAMA

post-img

“Bir neçə gün bundan öncə Azərbaycan neft məhsullarının Ermənistana göndərilməsi baş verib”.

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan-Ermənistan arasında belə hal olmayıb: “Ona görə hazırda biz nəyisə sıfırdan yaradırıq. Ermənistan tərəfinin müraciəti neft məhsulları ilə bağlı oldu və Azərbaycan tərəfi bunu qəbul etdi. Azərbaycan nefti Ermənistana daxil oldu, amma Ermənistan tərəfində hətta bunun əleyhinə çağırışlar da var idi. İqtisadi əlaqələrin genişləndirilməsi baş verəcək, amma bu gözləntilərimizə uyğun, adekvat olmalıdır”.

Ceyhun Bayramov digər sahələrdə də Azərbaycan və Ermənistan arasında ticarəti mümkün hesab edir: “İki ölkə arasında hərbi məmulatların ticarətindən söhbət gedə bilməz, amma digər sahələrdə ticarət mümkündür. Bizim gözləntilərimizə uyğun bu proseslər baş verə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam