Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Lənkəranda “Narkotikaya YOX de, öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici tədbir keçirilib

 
Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının və Gənclərin Antinarkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotikaya YOX de, öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici tədbir Lənkəran Tibb Kollecində uğurla baş tutub.

Tədbirin məqsədi gənclər arasında narkotik vasitələrin və psixoaktiv maddələrin fəsadları barədə maarifləndirmənin artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin zərərli vərdişlərdən uzaq durmasına dəstək olmaqdır.

Tədbir çərçivəsində çıxış edən natiqlər narkotik asılılığının insan sağlamlığına, psixoloji durumuna və sosial həyata vurduğu zərərlərdən bəhs edərək gəncləri düzgün seçim etməyə və öz gələcəklərinə məsuliyyətlə yanaşmağa çağırıblar. Qeyd olunub ki, antinarkomaniya ilə mübarizədə maarifləndirmə və profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və gənclərin tədbirdə aktiv iştirakı təmin edilib.

Lənkəranda “Narkotikaya YOX de, öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici tədbir keçirilib





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam