Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Sosial şəbəkədə qadınları şantaj etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 

Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj etməkdə təqsirləndirilən Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yaşar Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, araşdırmalarla Y.Məmmədovun qadınların sosial şəbəkədəki fotolarını istifadə etməklə şantaj etdiyi məlum olub. O, zərərçəkənlərin sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb.
Bir sıra vədlərlə qadınların ümumilikdə 5 min manata yaxın pulunu ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam