Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Pezeşkianın qızı Bakıya gəldi

 

Bu diyara gəlmək və Azərbaycanda bacı-qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram.

Yenixeber.org xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

Bir müddət əvvəl atası, İran Prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya və Xankəndiyə səfər etdiyini xatırladan Zəhra Pezeşkian bunu müsəlman və qonşu ölkələr olan İran və Azərbaycan arasında dostluğun, dərin mənəvi bağlılığın göstəricisi adlandırıb.

“Tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan bu iki ölkə üçün ailə institutunun qorunması əsas və ortaq dəyərlərdən biridir və xalqlarımızın qəlbində xüsusi yer tutur. Biz İslam baxışına əsasən qadını gözəlliyin və ləyaqətin təcəssümü hesab edirik və ona ailənin, mədəniyyətin və tərbiyə sisteminin mərkəzində mühüm, formalaşdırıcı rol veririk", - Z.Pezeşkian vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam