Hadisə nəticəsində beş vaqon və qatarın lokomotivi relsdən çıxıb
Yenixeber.org: Hindistanın şərqində sərnişin qatarı fil sürüsü ilə toqquşub. Hadisə səkkiz heyvanın ölümünə səbəb olub.
Hadisə gecə saatlarında Assam ştatının şərqində baş verib. Sairangdan Yeni Dehliyə gedən “Rajdhani Express” qatarı vəhşi fil sürüsü ilə toqquşub. Yerli meşə təsərrüfatı idarəsinin məlumatına görə, səkkiz heyvan ölüb.
Hadisə nəticəsində beş vaqon və qatarın lokomotivi relsdən çıxıb.
"Lakin sərnişinlər arasında xəsarət alan olmayıb", - Şimal-Şərq Sərhəd Dəmir Yolu administrasiyasından bildirilib.
Dəmir yolunun zədələnmiş hissəsindən keçməsi planlaşdırılan qatarlar istiqamətini dəyişib.(PTI)










AZ
RU