Rusiya təkcə Ukraynanı hədəf almır -Avropa Komissiyasının rəhbəri
Rusiyanın hərbi iqtisadiyyatı Avropa ölkələrinin milli və iqtisadi təhlükəsizliyinə birbaşa təhdid yaradır.
Yenixeber.org: Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sosial media platforması X-də yazıb.
O, həmçinin Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasının vacibliyini vurğulayıb.
"Rusiya yalnız Ukraynanı hədəf almır. Onun tammiqyaslı hərbi iqtisadiyyatı milli və iqtisadi təhlükəsizliyimizə birbaşa təhdid yaradır", - fon der Leyen qeyd edib.










AZ
RU
