Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ərdoğan Türkiyə konstitusiyasını dəyişmək istəyir

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiya təklifləri təqdim etmək niyyətindədir.

Yenixeber.org xəbər verir ki, "Ekonomim" qəzeti öz mənbələrinə istinadən yazıb ki, hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər.

Bir müddət əvvəl "Cümhuriyet" qəzeti hakim partiya daxilindəki mənbələrə istinadən xəbər vermişdi ki, AK Partiya yeni konstitusiya uğurla qəbul ediləcəyi təqdirdə erkən prezident seçkiləri keçirməyi düşünür.

"Hakim dairələr müxalifət tərəfindən tənqid edilən müddəalar üçün variantları müzakirə edirlər. Xüsusilə, bu, parlament üzvləri arasından prezidenti və kabinet üzvlərini seçəcək müddəaya aiddir. Bu cür addımlar 2026-cı ildə yeni konstitusiyanın qəbul edilməsi üçün şərt hesab olunur", - deyə nəşr bildirib.

Qeyd olunur ki, AK Partiya məsləhətləşmələrdən sonra Prezident Ərdoğana təkliflər və şərhlərlə hesabat hazırlayıb təqdim etməyi planlaşdırır.

Prezident Ərdoğan dəfələrlə bildirib ki, Türkiyənin ölkənin gələcək inkişafını təmin etmək üçün yeni konstitusiyaya ehtiyacı var. Türkiyə lideri bütün siyasi qüvvələri yeni konstitusiyanın hazırlanmasında fəal iştirak etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam