Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB- FOTO

 

Azərbaycan Ordusunun II ordu korpusunun sabiq komandiri general-leytenant Mais Bərxudarovun Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunduğu bilinirdi.Generalın Baş Hərbi İnspeksiyada hazırkı vəzifəsi rəsmən məlum olub.

Yenixeber.org xəbər verir ki, Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatdan aydın olub ki, general Mais Bərxudarov hazırda müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi fəaliyyət göstərir.

Mais Bərxudarov ötən gün müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

Qeyd edək ki, general-leytenant Mais Bərxudarov hazırkı vəzifəyə bu ilin noyabrında müdafiə naziri Zakir Həsənovun müvafiq əmrilə  təyin olunub.

49 yaşlı Mais Bərxudarov 1994-cü ildən Orduda xidmət edir.

O, əvvəllər II ordu korpusunun komandiri olub. M.Bərxudarova 4 noyabr 2022-ci ildə “general-leytenant” ali hərbi rütbəsi verilib.

M.Bərxudarov 2024-cü il oktyabrın 6-da II ordu korpusunun komandiri vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

M.Bərxudarov 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2012-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2020-ci ildə Vətən müharibəsindəki iştirakı ilə əlaqdar "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam