Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Sumqayıtda böyük söküntü -İcra Hakimiyyətindən AÇIQLAMA

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən AÇIQLAMA

Sumqayıt şəhərində aparılan yenidənqurma işləri şəhərin baş planına, ümumi inkişaf konsepsiyasına uyğun olaraq mərhələli və planlı şəkildə həyata keçirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, müasir yaşayış standartlarına cavab verməyən bəzi yaşayış binalarının söküntüsü nəzərdə tutulub. Bu işlər artıq bir neçə ildir başlaylıb və proses hazırda şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl şəkildə davam etdirilir.

Yenixeber.org: Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, gələcək mərhələlərdə digər ərazilərdə də oxşar layihələrin icrası planlaşdırılır.

"Söküntü işləri sakinlərin razılığı əsasında həyata keçirilir. Sökülən binalarda yaşayan vətəndaşlar razılaşma əsasında yeni, müasir standartlara cavab verən yaşayış sahələri ilə təmin olunurlar. Bu proses zamanı sakinlərin sosial rifahının qorunması əsas prioritet kimi nəzərə alınır. 

Qeyd edilib ki, layihə çərçivəsində sökülən binaların yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının inşası planlaşdırılır. Bununla yanaşı, ərazidə abadlıq işləri aparılacaq, uşaq oyun meydançaları, park və istirahət zonaları, parkinq sahələri, eləcə də ictimai istifadə üçün nəzərdə tutulan digər sosial infrastruktur obyektləri yaradılacaq.

"Həyata keçirilən layihələr Sumqayıt şəhərinin sosial infrastrukturunun yenilənməsinə, şəhər mühitinin müasirləşdirilməsinə və yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Aparılan yenidənqurma işləri sakinlər tərəfindən də müsbət qarşılanır",- İcra Hakimiyyətinin rəsmi məlumatında deyilir.

Xatırladaq ki, Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarında söküntü işləri aparılır.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam