Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Paşinyan katolikosun seçilməsindən yazıb:kilsə qaydalarına uyğun seçilməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan katolikosun seçilməsinin erməni kilsəsinin mövcud kilsə qaydalarına tam uyğun şəkildə keçirilməli olduğunu bildirib.

Yenixeber.org: Bu barədə o, “Facebook” səhifəsində bildirib.

Bir neçə gün əvvəl dərc etdiyi erməni kilsəsinin yenilənməsi üzrə “yol xəritəsi”nin bəndlərinə toxunan Paşinyan birinci bəndin Katolikosun seçimi ilə bağlı olduğunu bildirib.

“Bu seçkinin hazırda mövcud olan mexanizmlərə uyğun şəkildə keçirilməsi vacibdir. Bildiyim qədəri ilə, bu seçimi erməni kilsəsinin yepiskopları həyata keçirməlidir və bu məsələdə mənim başqa yanaşmam və ya təklifim yoxdur”, - o qeyd edib.

Xatırladaq ki, dekabrın 8-də Ermənistanın Baş naziri II Qareginin uzaqlaşdırıldıqdan sonra kilsənin yenilənməsi üzrə “yol xəritəsi”ni təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam