Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Keçmiş hakimə yeni vəzifə verildi- FOTO

 

Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.

2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.

T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir. (Mənbə: report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam