Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

 

1999-cu ildən etibarən əmək məcəlləsinə yüzlərlə maddə üzrə dəyişiklik edilmişdir. Lakin kəmiyyət baxımından ümumilikdə 18 qanun üzrə 178 maddədə 457 dəyişiklik özündə ehtiva edir. Bu qanunların 8-i birbaşa Əmək və Sosial Siyasət Komitəsinin qanunvericilik arealına aid olan, digərləri isə dolayısı yolla komitəyə aid olan məsələlərdir.Ümumilikdə 154 maddə üzrə 457 dəyişikliyin 420-si sırf Əmək Məcəlləsinə aid olan məsələlərdir ki, bu da faiz nisbətində 92 faizə bərabərdir.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Komitənin qanunvericilik sahəsinə aid olan məsələlərdə Həmkarlar İttifaqları haqqında qanunda – 6, Sosial Sığorta haqqında qanunda – 1, Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında qanunda – 2, Ünvanlı Dövlət Sosial Yardımı haqqında qanunda – 1, İşsizlikdən Sığorta haqqında qanunda və Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunda – 4, məşğulluq haqqında qanunda isə – 2 dəyişiklik nəzərdə tutulmuşdur.

“17 qanunda təsbit olunması nəzərdə tutulan dəyişikliklər məhz Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanmışdır və uyğunlaşdırma xarakterlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam