Ərdoğanın müavini Azərbaycana gəlir...
Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycana səfər edəcək.
Yenixeber.org: Bu barədə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib.
Cövdət Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömər Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.
Onların səfəri dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayı ilə bağlıdır.
Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.










AZ
RU
