Zelenski Yunanıstandadır -FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana rəsmi səfər edib.
Yenixeber.org: Qeyd olunur ki, Afina onun yeni Avropa turu çərçivəsində ilk dayanacaq olub. Ukrayna liderini hava limanında Yunanıstanın baş nazirinin müavini Kostis Hadzidakis qarşılayıb. Zelenski onunla qısa söhbət edib.
Səfərin əsas mövzuları LNG-nin (mayeləşdirilmiş təbii qaz) daşınması üçün şaquli dəhlizin yaradılması və Kiyevlə Afina arasında yeni enerji sazişinin hazırlanmasıdır. Sənədin Ukraynanın enerji təhlükəsizliyini gücləndirəcəyi gözlənilir.
Afina səfəri çərçivəsində Zelenski ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Əvvəlcə Prezident sarayında Respublika Prezidenti Konstantin Tasula ilə, daha sonra Baş nazir Kiriakos Mitsotakis ilə görüşəcək. Danışıqlardan sonra mətbuat üçün bəyanatlar və nümayəndə heyətlərinin genişləndirilmiş görüşü planlaşdırılır.
Xatırladaq ki, bu gün səhər Zelenski Yunanıstanla Ukrayna üçün qazla bağlı razılığa gəldiyini açıqlayıb.
"Artıq bizdə qaz idxalının maliyyələşdirilməsi ilə bağlı iki milyard avroluq razılaşmalar var ki, bu da Rusiya zərbələri nəticəsində Ukrayna hasilatında yaranan itkiləri kompensasiya edəcək", - Zelenski vurğulayıb.(ERT NEWS")










AZ
RU