Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Əddis-Əbəbədə Azərbaycan -Efiopiya biznes forumu keçiriləcək

 

Bu ilin 23-29 noyabr tarixlərində Azərbaycandan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə biznes missiyanın təşkili planlaşdırılıb.

Yenixeber.org-un xəbərinə görə, missiya çərçivəsində Azərbaycan-Efiopiya biznes forumu, B2B və B2G formatlarında görüşlər keçiriləcək, həmçinin sənaye parklarının və istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Bundan başqa, "MÜSİAD Ethiopia", MESOB mərkəzində ("ASAN Xidmət"in analoqu), yerli dövlət qurumlarında, eləcə də ticarət palatası və digər ticarət assosiasiyaları ilə görüşlər nəzərdə tutulub.

Missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan biznesinin Afrika bazarına çıxış imkanlarının genişləndirilməsi imkanlarının müzakirəsindən ibarətdir.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın dövlət naziri Aklilu Tadessenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, "yaşıl enerji" sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam