Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Zelenski: Ukrayna ABŞ-dan 27 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir

 

Ukrayna ABŞ istehsalı olan 27 “Patriot” hava hücumundan müdafiə sistemini sifariş vermək niyyətindədir.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Guardian”a müsahibəsində danışıb.

On sözlərinə görə, son həftələrdə Rusiya Ukraynanın enerji infrastrukturuna dəfələrlə zərbələr endirib ki, bu da elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olub: “Belə şəraitdə yaşayırıq. Bu bizim üçün artıq adi haldır. Kiyevdə də, başqa yerlərdə də bəzən işıqlar sönür”.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfindən gecə saatlarında göndərilən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından müdafiə olunmaq üçün Ukrayna beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

O, həmçinin bildirib ki, ABŞ-dan 27 “Patriot” sistemi almaqla yanaşı, Avropa ölkələri də öz mövcud “Patriot” sistemlərini Ukraynaya verməyi nəzərdən keçirə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam