Tramp-Putin görüşü təxirə salına bilər -SƏBƏB
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə tezliklə görüş keçirməsi təxirə salına bilər.
Yenixeber.org: Bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
“Rubio-Lavrov danışığından sonra amerikalı rəsmilər hesab ediblər ki, Rusiya tərəfinin mövqeyi hələ də maksimalist yanaşmadan uzaqlaşmayıb. Bu mərhələdə Rubio, gələn həftə Tramp-Putin görüşünün keçirilməsini tövsiyə etməyəcək. Amma Rubio və Lavrovun bu həftə yenidən danışması mümkündür”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə tezliklə Budapeştdə növbəti təkbətək görüş keçirəcəyini açıqlamışdı.