Əlisəmid Kür vəfat etdi...
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Yenixeber.org: Bu barədə şairin ailə üzvləri məlumat yayıblar.
Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.