HƏMAS Qəzzanın idarəçiliyindən imtina etdi -AÇIQLAMA
HƏMAS müharibədən sonrakı Qəzzanın idarəçiliyində iştirak etməyəcək və bölgəyə nəzarətdən imtina edib.
Yenixeber.org: Bu barədə HƏMAS-ın danışıqlar qrupuna yaxın mənbə AFP-yə danışıb.
"HƏMAS üçün Qəzza zolağının idarə olunması artıq bağlanmış məsələdir. HƏMAS keçid mərhələsində ümumiyyətlə iştirak etməyəcək, bu da o deməkdir ki, Qəzzaya nəzarətdən imtina edir. Amma təşkilat Fələstin daxilində əsas komponent olaraq qalır", – mənbə qeyd edib.