Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.
Yenixeber.org: Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, Türkiyə Prezidenti Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 13-də Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.