Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bayden Putinə "intiqam şansı" verdi: Ərdoğan isə "erməni soyqırımı" iddialarını bloklamaq imkanı qazandı

 

Rusiya prezidenti Vladimir Putinin onlayn sammitə dəvət edilməsi ABŞ-ın dövlət başçısı Co Bayden üçün riskli davranışdır; Ağ Evin Türkiyə ilə münasibətlərə yenidən həssas yanaşması ermənipərəst konqresmenleri məyus edə bilər...

Yenixeber.org: ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəlişi ilə dünyanın siyasət məkanında ətalət dövrü də sona çatmış oldu. Ağ Ev sahibi ABŞ-ın beynəlxalq rəqiblərinə qarşı hücum taktikası seçməklə, dünyada gərginliyi ciddi şəkildə artırıb. Və bu vəziyyətin hələ uzun müddət davam edə biləcəyi ehtimal olunur.

Məsələ ondadır ki, son üç ay ərzində ABŞ-Rusiya münasibətləri açıq qarşıdurma mərhələsinə keçib. Hətta "soyuq savaş" dövrünün geri dönməkdə olması barədə ciddi narahatlıqlar da mövcuddur. Bu baxımdan, iki nəhəng dövlətin amansız qarşıdurmasından bütün dünyanın zərər görə biləcəyi də qətiyyən istisna edilmir.

Rusiyanın əvvəlcə ABŞ, ardınca da NATO tərəfindən hərbi xarakterli təhdidlərə məruz qalması yeni savaş qütbləşməsinin əsasını qoymuş kimi görünür. Ancaq gərginlik yaradan səbəblər yalnız bununla məhdudlaşmır. Çünki, Ağ Ev sahibi ABŞ-ın beynəlxalq rəqiblərinin liderlərinə qarşı açıq mətnlə ittihamlar və təhqiramiz ifadələr də dilə gətirir.

600e64bc7f248.jpg (143 KB) 

ABŞ prezidenti Co Baydenin bir müddət öncə Rusiyanın dövlət başçısı Vladimir Putini "qatil" adlandırması son dövrlərin ən xoşagəlməz və təhlükəli siyasi insidentləri sırasına daxildir. Düzdür, Rusiya prezidenti üzləşdiyi təhqiramiz ittihamları mümkün olduğu qədər təmkinli qarşılasa da, hər halda, cavabsız buraxmadı. O, Ağ Ev sahibinə sağlamlıq arzulayaraq, onlayn debata çağırmaqla, prezident Co Baydeni müəyyən mənada, çətin duruma sala bilmişdi.

Prezident Co Bayden isə onlayn debat təklifini qəbul etmədi. O, təyyarəsinə minərkən, üç dəfə yıxılmaq hesabına da olsa, fərqli planların ardınca yola düşdü. Və iki superdövlətin prezidentləri arasında siyasi hesablaşma təxirə salınmış oldu.

Ancaq deyəsən, bu hesablaşma yaxın günlərdə baş tuta da bilər. Hər halda, ABŞ prezidenti Co Bayden son addımı ilə yenə beynəlxalq siyasət məkanında təəccüb qarışıq bir gözlənti mühiti yaradıb. O, 22-23 aprel tarixində beynəlxalq iqlim sammiti keçirtmək niyyətinə düşüb. Həmin sammitə dünyanın 40 inkişaf etmiş ölkəsinin liderlərini şəxsən dəvət edib.

Əslində, bu, olduqca müsbət addımdır və dünyanı düşündürən ən ciddi probleminin müzakirəsi nəzərdə tutulur. Ancaq burada bəzi incə məqamlar da olmamış deyil. Və onlayn keçiriləcək sammitin Ağ Ev sahibini ciddi şəkildə məyus edə biləcəyi də qətiyyən istisna olunmur.

650x344-1616926591641.jpg (38 KB) 

Məsələ ondadır ki, sammitə dəvət edilənlərin sırasında Ağ Ev sahibinin bir müddət öncə "qatil" adlandırdığı Rusiya prezidenti Vladimir Putin də yer alır. Və bu, prezident Co Bayden üçün atıla biləcək ən riskli addımlardan biri sayılır.

Hər halda, təcrübəli və hiyləgər dövlət xadimi olan prezident V.Putinin bu şansı öz maraqları çərçivəsində dəyərləndirə biləcəyi qətiyyən istisna deyil. Çünki, prezident V.Putin özünə yönəlik belə ağır ittihamları və təhqiramiz ifadələri heç vaxt unutmur. Əlinə düşən ilk imkanda cavab zərbəsi endirməyi qətiyyən gecikdirmir.

Ona görə də, prezident V.Putinin onlayn debat təklifindən yayınan Ağ Ev sahibi indi özü ona belə bir fürsət vermiş oldu. Üstəlik, 40 nüfuzlu dövlət başçısının iştirak edəcəyi onlayn sammitdə prezident V.Putin öz nüfuzunu bərpa etmək üçün ən əlverişli beynəlxalq mühitə sahib olacaq. Yəni, aprelin sonlarında prezident V.Putinin özünə qarşı "qatil" ittihamının intiqamını almaq üçün Ağ Ev sahibinə ustalıqla tərs suallar verə biləcəyini ehtimal etmək olar.

Onu da qeyd edək ki, Rusiya liderinin ABŞ prezidentinə yönəldə biləcəyi tərs suallar üçün mövzu bolluğu da mövcuddur. Hər halda, ötən əsrdə Yaponiyaya atılmış atom bombalarından tutmuş, müasir dövrümüzdə Yaxın Şərqdə baş verənlərə qədər bir çox qəliz mövzular ətrafında cavabını gözləyən bir çox suallar var. Və bu baxımdan, onlayn iqlim sammitində siyasi temperaturun yüksək olma ehtimalı istisna təşkil etmir.

erdogan-Ekran Alıntısı.JPG (41 KB) 

Sammitə dəvət alanların sırasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çinin dövlət liderinin də olduğunu nəzərə aldıqda, Ağ Ev sahibinin çətin anlar yaşaya biləcəyini düşünmək olar. Hər halda, son aylarda prezident Co Baydenin hər iki dövlətin ünvanına xoş olmayan ifadələr sərf etdiyi heç kəsə sirr deyil. Bu baxımdan, hər iki dövlətin liderlərinin çıxışlarında ABŞ-a yönəlik müəyyən üstüörtülü eyhamların yer ala biləcəyini ehtimal etmək olar.

Ancaq burada da müəyyən incə məqamların olduğunu hər halda, diqqətə almaq lazım gəlir. Belə ki, ABŞ-ın Çinə və Türkiyəyə münasibətində fərqli istiqamətlər mövcuddur. Çin ABŞ-ın özünə qarşı hərbi təhlükə gözlədiyi dövlətdir. Türkiyə isə Ağ Evin NATO çərçivəsində strateji müttəfiqidir. Və Ağ Ev istənilən halda, bu iki dövlət arasında bərabərlik işarəsi qoymaqdan yayınmaq məcburiyyətindədir.

Əslində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına göndərilən dəvət məktubunun məzmununda da fərqli yanaşma nəzərə çarpır. Belə ki, Ağ Ev sahibi Rusiya və Çin prezidentlərindən fəqrli olaraq, Türkiyənin dövlət başçısına "hörmətli, cənab prezident..." kimi xitab edib. Və  sammitə dəvətlə yanaşı, Türkiyə prezidentinə iki ölkə arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına çağırışın da yer alması Ağ Evin siyasi kursunda dönüş əlaməti kimi görünür.

f8009725-96c6-43c2-9c47-e0635e2576ab_16x9_600x338.jpg (26 KB) 

Məsələ ondadır ki, Ağ Ev son vaxtlar Türkiyəyə yönəlik addımlarında və açıqlamalarında maksimum səviyyədə korrekt davranmağa çalışır. Rəsmi Ankaranın mümkün qədər narazı salınmamasına cəhd göstərilir. Ermənipərəst konqresmenlerin prezident Co Baydenə qondarma "erməni soyqırımı"nın tanınması barədə müraciətlərinə hələlik sükutla cavab verilməsi də, Ağ Evin Türkiyə ilə münasibətləri normallaşdıra biləcəyinə olan ümidlərini hələ tam itirmədiyini təsdiqləyir.

Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu sammitə dəvət edilməsi ermənipərəst konqresmenlerin müraciətlərinin bu dəfə də cavabsız buraxıla biləcəyini göstərir. Hər halda, onlayn sammitdən cəmisi iki gün sonra ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"ndan bəhs etməyə həvəsli olacağı o qədər də inandırıcı deyil. Çünki, Ağ Evin dünya üçün böyük önəm daşıyan bir problemin həllində dəstəyinə ehtiyac duyduğu 40 nəhəng dövlətdən biri olan Türkiyəni narazı salacağına inanmaq çətindir.

Belə anlaşılır ki, qondarma "erməni soyqırımı" ifadəsini prezident Co Baydenin sayəsində bu il eşidə biləcəklərinə ümid bəsləyənlər yenə məyusluqla barışmalı olacaqlar. Yəni, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 40 nəhəng dövlətin sammitinə dəvət edilməsi müəyyən mənada, qondarma "erməni soyqırımı" iddialarının elə indidən bloklanması anlamına da gələ bilər.

Elçin XALİDBƏYLİ:
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam