Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1322-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 88 945 PUA-sı, 631 zenit-raket kompleksi, 25 394 tank və digər zirehli texnikası, 1 597 reaktiv yaylım atəş sistemi, 30 241 artilleriya və minaatanı, 43 382 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.