Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

G7-də Rusiyaya qarşı RAZILAŞMA

KİV: G7 Rusiyaya qarşı sanksiyaların təzyiqini gücləndirməyə hazırlaşır
"Böyük Yeddilik" (G7) müharibəni dayandırmaq istəmədiyi üçün Rusiyaya qarşı sanksiyaların "əhəmiyyətli dərəcədə gücləndirilməsi" barədə razılığa gəliblər.

Yenixeber.org: Bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik məlumat verir ki, G7-nin maliyyə nazirlərinin görüşü zamanı açıqlanması planlaşdırılan bəyanatda “Ukraynanın davamlılığını dəstəkləmək və Rusiyanın müharibəni aparmaq qabiliyyətini ciddi şəkildə zəiflətmək üçün koordinasiyalı tədbirlərin əhəmiyyətli dərəcədə gücləndirilməsinin vaxtıdır", — deyilir.

Bu sənədə əsasən, G7 Rusiya iqtisadiyyatının əsas sahələri olan enerji, maliyyə və hərbi sənaye kimi sektorlara qarşı yeni tədbirlər üzərində işləyir. Bundan əlavə, onlar Moskvaya müharibədə və mövcud sanksiyalardan yayınmaqda kömək edən ölkə və təşkilatlara qarşı da tədbirlər görməyi planlaşdırır.

"Biz razılaşdıq ki, indi Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına mümkün qədər təzyiqi artırmaq vaxtıdır", — bəyanatda bildirilib.

Bu, iri Rusiya neft şirkətlərinə, eləcə də "kölgə donanması"na və enerji daşıyıcılarının ticarətinə qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini göstərir.

Bəyanat layihəsində G7 maliyyə nazirlərinin Ukraynanın maliyyə ehtiyaclarını müzakirə etməsi, həmçinin Rusiyanın dondurulmuş aktivlərinin gələcək istifadəsi üçün tədbirlərin koordinasiyası nəzərdə tutulur.

Qeyd olunr ki, Avropa İttifaqı Rusiyanın maye qazının 2027-ci ilə qədər qadağan edilməsini nəzərdə tutan yeni sanksiya paketini hazırlayır. Həmçinin Rusiyanın enerji və maliyyə sektorlarına əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Agentliyin mənbələri bildiriblər ki, həm Avropa İttifaqı, həm də G7 cari ay ərzində sanksiya paketlərinin hazırlanmasını başa çatdırmağı planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam