Türkiyə İsraillə ticarət əlaqələrini bir il yarım əvvəl tam kəsib.
Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Qəzzada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla görüşdə Qəzza məsələsi gündəlikdə ilk sırada olub.