Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq

 

III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.

Yenixeber.org-un məlumatına görə, şəhərin İdman Sarayında üzgüçülük yarışları davam edəcək.

III MDB Oyunlarının paytaxtı seçilən şəhərdə həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.

Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq.

Bundan başqa, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

Həmin şəhərdə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.

Yevlaxda, boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları gerçəkləşəcək.

Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam