Türkiyədə ağır avtoqəzada 15 nəfər xəsarət alıb
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda turist avtobusu mikroavtobusla toqquşub.
Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hadisə Konaklı məhəlləsində magistral yolda baş verib.
Nəticədə 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.