Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda sərnişin dolu avtobus QATARLA TOQQUŞDU:1 ölü, 34 yaralı - FOTO/VİDEO (YENİLƏNİR)

 

Bakıda sərnişin dolu avtobus QATARLA TOQQUŞDU: 1 ölü, 34 yaralı - FOTO/VİDEO

Xəzər rayonu Binə qəsəbəsində marşrut avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilənlərin vəziyyəti ağır olaraq qalır.

Yenixeber.org: Xəstəxanadan verilən məlumatda bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3-ü reanimasiya şöbəsində, 3-ü isə əməliyyatdadır: “Qalanları isə müxtəlif şöbələrə yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə bədənin müxtəlif orqanlarının travması diaqnozu qoyulub”.

***

Xəzər rayonu Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində 34 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yaralılardan 28 nəfər 3 saylı Şəhər Xəstəxanasına, 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.

Qəza nəticəsində ümumilikdə 6 uşaq yaralanıb, onlardan 13 yaşlı məktəbli dünyasını dəyişib, digər uşaqlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ümumilikdə, xəstəxanalara yerləşdirilənlərin hamısının vəziyyəti ağırdır.

***

Xəzər rayonu Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralananların sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, ümumilikdə hadisə nəticəsində bu dəqiqəyə olan məlumata görə, 26 nəfər yaralanıb.

“Yaralıların 22-si Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin 6-sı uşaq olub. Qəza nəticəsində yaralanan uşaqlardan 1-i dünyasını dəyişib. Hazırda 5 uşaq 3 saylı şəhər xəstəxanasındadır, onlar 6, 10, 12 və 16 yaşlarındadır”.

***

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 20 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 7-si qadın, 10-u kişi, 3-ü uşaqdır: “Yaralıların 11 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Digər yaralılar hələlik xəstəxanalara yerləşdirilməyib. Hadisə nəticəsində 1 nəfər ölüb”

***

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumatda bildirilir ki, bu gün günorta saatlarında Binə mənzilində ağır qəza hadisəsi baş verib.

Təxminən 14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, 01.10.2018-ci il tarixində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir.

***

Bakının Xəzər rayonu Binə qəsəbəsində qatar 160 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidməyinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 10 təcili yardım briqadası göndərilib.

“İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlar Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılardan biri yolda dünyasını dəyişib. Hazırda briqadalarımız hadisə yerindədir”.

Qeyd edək ki, hadisə barədə ilk olaraq unikal.org saytı məlumat yayıb.(publika)

Gülxar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam