Metro bu günlərdə gecə 2-ə qədər işləyəcək
“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Yenixeber.org xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.