Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq

 

Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. 

Yenixeber.org-un məlumatına görə, qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar. 

Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər. Mundial sentyabrın 21-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam