Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

İlham Əliyev “CCCC” şirkətinin sədri ilə görüşdü -FOTOLAR

Prezident İlham Əliyev Tiencin şəhərində “CCCC” şirkətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.

Yenixeber.org: Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.

Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.

Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.

Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam