Əraqçi İstanbulda Səudiyyə Ərəbistanı, İraq və Qətərin XİN başçıları ilə görüşlər keçirib
İran xarici işlər naziri Abbas Əraqçi İstanbulda Səudiyyə Ərəbistanı, İraq və Qətərin XİN başçıları - Feysal bin Fərhan əl Səud, Abdurrəhman Əl Tani və Fuad Məhəmməd Hüseyn ilə məsləhətləşmələr aparıb.
Yenixeber.org-un məlumatına görə, görüş şənbə günü İslam Əməkdaşlıq Təşkilatının XİN başçılarının görüşü çərçivəsində keçirilib.
Bildirilib ki, görüşlər zamanı regional hadisələr, həmçinin İsrailin İran ərazisinə zərbələri müzakirə olunub.