İsrail İranın Mehrabad hava limanında qırıcı təyyarə anqarına zərbə endirib
İsrail bu gün səhər saatlarında Mehrabad hava limanında İran qırıcı təyyarələrinin anqarına zərbə endirib.
Yenixeber.org: "Hücumlar hava limanında partlayışlara səbəb olub, lakin uçuş-enmə zolaqlarına, binalara və ya qurğulara zərər vurmayıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri "sübh çağı düşmən hücumlarını dəf etmək üçün" işə salınıb.