Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

 

Gürcüstanda yaşayan məktəbli soydaşlar arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.

Yenixeber.org xəbər verir ki, tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Olimpiada VIII-XII sinif şagirdləri arasında keçiriləcək və azərbaycanlıların kompakt yaşadığı bölgələrdəki məktəbləri əhatə edəcək. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən 100-dən çox azərbaycanlı şagirdin iştirakı nəzərdə tutulur.

Təşkilatçılar bildiriblər ki, olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə olan marağın artırılması, ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq.

Olimpiada saat 10:30-da başlayacaq, saat 15:00-da isə bağlanış mərasimi və qaliblərin təltif olunması mərasimi planlaşdırılır.

Qeyd edilib ki, bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam