Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Levon Mnatsakanyan: Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik

 

Levon Mnatsakanyan Aprel döyüşləri ilə bağlı prokurorun suallarını cavablandırıb İyunun 12-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.Mnatsakanyan Aprel döyüşlərində 18 döyüş mövqeyini “itirdiklərini” bildirib

Yenixeber.org xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olan Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

Aprel döyüşləri ilə bağlı müsahibə

Məhkəmədə Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun “Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə Levon Mnatsakanyan konkret cavab verməyib.

Çoxsaylı cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam