Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

QMİ sədri: Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib.

Yenixeber.org  xəbər verir ki, QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunduğunu xatırladıb.

“Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda və daha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün də israrla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqa xidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil, sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər”, - Allahşükür Paşazadə qeyd edib.

QMİ sədri Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərməyi təklif edib.

“Cari ilin 27-28 may tarixlərində Berndə keçirilən konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kv. km. ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir. Bu tarixi həqiqəti hətta Ermənistanın Baş naziri dəfələrlə etiraf etməyə məcbur olub”, - QMİ sədri əlavə edib.

Allahşükür Paşazadə diqqətə çatdırıb ki, insanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir: “Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam