İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.
Yenixeber.org: Bu barədə redaksiyamıza Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.
Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.
***
Xatırladaq ki, "Embawood"da əsas pay sahiblərindən biri olan Elşad Abbasov bir müddət şirkətin baş direktoru vəzifəsində çalışıb. O, 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
"Embawood" şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun "Embawood" şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də "Emba Finans" QSC-nin əsas səhmdarlarıdır.(32gün.az)
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 74 saylı Masallı şəhər seçki dairəsini təmsil edir.