Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı/FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı

Yenixeber.org: 2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalandı.

Təqaüdlər 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunacaq və tələbə adını qazanmış gənclərə şamil olunacaq. Məqsəd – təhsildə bərabər imkanlar yaradaraq regionun sosial və iqtisadi inkişafına təkan vermək, insan kapitalına sərmayə yönəltməkdir.

Qarabağ Universitetində təhsil alan tələbələrə dəstəklə bağlı Aydın Talıbov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə azad edilmiş torpaqlarda bu gün təhsilin inkişafı ilə bağlı real addımların atılması olduqca qürurvericidir:


“Zəfərin beşinci ilində regionun inkişafında mühüm rol oynayan Qarabağ Universitetinin tələbələri üçün ayrılan təqaüdlər təhsilə yatırılan sərmayənin mühüm əhəmiyyətindən xəbər verir. Qarabağda təhsilə dəstək olmaq bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də tarixi bir öhdəlikdir. İnsan kapitalı olmadan infrastrukturun gələcəyi yoxdur – biz inanırıq ki, gələcəyin Qarabağı bu gənclərin düşüncəsində və zəhmətində formalaşacaq”.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda yalnız iqtisadi və logistik infrastrukturun deyil, həm də ali təhsilin, innovasiya düşüncəsinin və müasir gəncliyin inkişafına töhfə verməyə davam edir.

Forum çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu təşəbbüs Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsinə keçidinin göstəricisi kimi dəyərləndirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam