Ukraynanın itkiləri AÇIQLANDI
Rusiya müharibənin 1194-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 692 PUA-sı, 609 zenit-raket kompleksi, 23 685 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 529 artilleriya və minaatanı, 36 288 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.