Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər- FOTO

AFFA rəsmiləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən SCALE layihəsi çərçivəsində Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər.

Yenixeber.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rumıniya Futbol Federasiyasının qərargahında təşkil olunan tədbirdə Azərbaycanı layihə üzrə koordinator Kifayət Mustafayeva, təlimçilər Gülyana Özcan və Ofeliya Qafarova təmsil ediblər. Onlar layihənin Azərbaycanda uğurla icrası, meydança fəaliyyətləri və “ikili karyera” üzrə məktəb proqramlarının tətbiqi ilə bağlı təqdimatlar ediblər.

İki gün davam edən görüş zamanı tərəfdaş ölkələr - Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Malta arasında layihə üzrə cari vəziyyət və gələcək planlar müzakirə olunub. Xüsusilə metodologiyanın tətbiqi, qiymətləndirmə sorğuları, nəticələrin təhlili, SCALE metodologiyası üzrə rəylərin toplanması və layihənin yekun təşkilatı işləri ilə bağlı vacib qərarlar qəbul olunub.

Tədbir həmçinin layihə üzrə turnirlərin və yekun konfransın planlaşdırılması baxımından önəmli mərhələ olub. SCALE layihəsi gənc futbolçuların idmanla yanaşı, akademik fəaliyyətlərini dəstəkləyən “ikili karyera” modelinin inkişafını hədəfləyir. Layihə 2023-cü ildən etibarən AFFA-nın təşkilatçılığı ilə 10 məktəb və 5 klubu (oğlan və qız futbolçular daxil olmaqla) əhatə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam