Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

 

İndiyə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda 21 milyard ABŞ dolları dəyərində 552 layihə icra ediblər.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı birbaşa və üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi investisiyalarının ümumi dəyəri 17 milyard ABŞ dollarına yaxınlaşır: "Azərbaycan isə Türkiyəyə 21 milyard ABŞ dolları investisiya yatırıb".

Nazir müavini qeyd edib ki, ölkələr arasındakı əməkdaşlıq yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq təşkilatlarda da öz əksini tapıb:"Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün əhəmiyyətli addım olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə Türkiyə tam şəkildə dəstək göstərir. Bundan sonra da hərtərəfli dəstək verməyə hazırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam